Elnur Sultanov: Azərbaycan üçün milli töhfələr sənədi hazırlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan üçün milli töhfələr sənədi hazırlanır.
BAKU.WS xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə deyib.
Nazir müavini əlavə edib ki, iqlim müzakirələrinin bel sütunu həmin sənəddir:
"Çünki bütün ölkələrinin öhdəliklərinin mənada və iqlim fəaliyyət planlarının ortaya qoyulması o sənədlər vasitəsilə gerçəkləşir".
O qeyd edib ki, Azərbaycanın 2022-ci ildə ümumi emisiyaları təqribən 61 milyon tondan çox olub:
"Azərbaycan emisiyaları dünyada mövcud olan emisiyaların mində biri ətrafındadır".
E.Soltanov sonda vurğulayıb ki, nəqliyyat sektoru Azərbaycandakı emissiyaların təqribən 15 faizinə təsir göstərir:
"Emissiyaların təqribən 5%-i hava yollarının, 2%-i dənizçiliyin, 1%- dəmir yollarının payına düşür".
Oxşar xəbərlər
Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib
Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə...