Elman Rüstəmovdan dollar AÇIQLAMASI
Yeniliklərdən dərhal xəbərdar olun
Banklar tərəfindən əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi var.
BAKU.WS APA-Economics-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bankların tələbləri hərracda tam şəkildə ödənilir: "Bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib".
AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb.
"Bankların bütün tələbləri ödənilir", - deyə E. Rüstəmov bildirib.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...