Elman Rüstəmov: "Valyuta bazarında stabilləşmə tədbirləri davam etdiriləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Valyuta bazarında vəziyyət stabilləşib.
BAKU.WS “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hətta valyuta hərraclarında tələb 193 mln. dollardan 57 mln. dollaradək enib:
“Əlavə stabilləşmə potensialı da var. Bu da əhalinin nağd valyuta alışları problemidir. Biz əvvəlki səviyyəyə qayıtmamışıq və bu istiqamətdə işlər davam etdiriləcək”.
E.Rüstəmovun sözlərinə görə, AMB banklara göstəriş verib ki, onlar konvertasiya siyasətinə diqqət etsinlər:
“İlk növbədə ölkənin sosial əhəmiyyətli ehtiyaclarına – ərzaq, dərman ləvazimatı ilə təminatı və bu kimi məhsulların ölkəyə idxalına üstünlük versinlər. Başqa məhdudlaşdırma yoxdur. Bu da əslində məhdudlaşdırma deyil, tövsiyə xarakterlidir”.
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...