Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunda işlər 49 % tamamlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunda işlərin 49%-ni başa çatdırıb.
BAKU.WS xəbər verir ki, bunu "report"a açıqlamasında qurumun mühəndisi Eyyub Hüseynov deyib.
"Yolin inşasının 2023-cü ilin sonuna qədər bitməsi gözlənilir. 123,6 km-lik yolun ilk 77 km-lik hissəsi 6 zolaqlı, qalan 44,6 km-lik hissəsi isə 4 zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olacaq.
Yolboyu ümumilikdə 415 su ötürücü qurğunun tikintisi nəzərdə tutur. Bunlardan 135-nin tikintisi başa çatdırılıb. Bundan başqa, yolboyu 20 körpünün tikintisi nəzərdə tutulur.
Hazırda 17 köprünün tikintisi davam etdirilir. Yolun Zəngilan rayonunun Ağbənd qəsəbəsinə yaxın hissəsində - dağlıq ərazidə 2 tunel tikilir. Tunellərdən uzunluğu 6 km olacaq".
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Hyundai" - 4500 AZN - QİYMƏTLƏR
31 mart 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 16 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...
