Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8681,5 milyon manat təşkil edib.
BAKU.WS-in məlumatına görə, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,0 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,89 (1,90) manata, 100 Rus rubluna 2,70 (2,63) manata bərabər olub.
Oxşar xəbərlər
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8...