Dünyada ən yüksək maaş alan prezidentlər - SİYAHI
Dünyada ən yüksək maaş alan ölkə rəhbərlərinin siyahısı açıqlanıb.
BAKU.WS APA-ya istinadən bildirir ki, siyahıda ilk pillədə ABŞ prezidenti Barak Obama qərarlaşıb.
Onun illik məvacibi 400 min dollar təşkil edir.
İkinci Kanada baş naziri Castin Trüdo (260 min dollar), üçüncü isə Almaniya kansleri Angela Merkeldir (234 min dollar).
İlk "onluğa" həmçinin Cənubi Afrika Respublikasının rəhbəri Ceykob Zuma (223 min dollar), Böyük Britaniya baş naziri Tereza Mey (215 min dollar), Fransa prezidenti Fransua Olland (194 min dollar) və digərləri daxildir.
Rusiya prezideni Vladimir Putin isə 9-cu pillədə qərarlaşıb. Onun illik maaşı 136 min dollardır.
Oxşar xəbərlər
Qurbanovun 50 min dollar maaş alması ilə bağlı açıqlama
"Qarabağ" futbol klubu baş məşqçi Qurban Qurbanovun aylıq 50 min dollar maaş alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. BAKU.WS xəbər ver...