Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb
Dünya bazarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin artması fonunda kəskin yüksəlib.
BAKU.WS xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 97,94 dollara çataraq iyulun 24-dən bəri ən yüksək göstəricini qeydə alıb.
Analitiklər bahalaşmanı ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən intensivləşməsi ilə əlaqələndirirlər. Bu vəziyyət qlobal neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqları artırıb.
Hörmüz boğazında tankerlərə qarşı hücumların artması da bazara təsir edən əsas amillərdən biridir. Regionda gərginliyin uzun müddət davam etməsi neft ixracının alternativ marşrutlarının axtarışını sürətləndirib.
İraq "Bəsrə-Hədisa" neft kəmərinin Türkiyənin Ceyhan limanına və Suriyanın Banyas limanına qədər uzadılmasını nəzərdən keçirir. BƏƏ isə "Qərb-Şərq" neft kəmərinin istifadəyə verilməsini sürətləndirməyə çalışır.
Oxşar xəbərlər
SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib
Regional tərəfdaşlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı metanın monitorinqi üzrə süni intellekt əsaslı həllin tətbiqinə maraq göstərir. BAKU....