Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Bankın qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
Dünya Bankının yenilənmiş proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacaq.
Başqa sözlə, Bank yanvar proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi artırıb.
Dünya ümumilikdə Cənubi Qafqaz ölkələri üzrə isə iqtisadi artım proqnozunu 2026-2027-ci illər üzrə 3,4%, 2028-ci ildə isə 3,2% proqnozlaşdırıb. Əvvəlki proqnoza nisbətən Bank 2026-cı il üzrə proqnozunu 0,1% bəndi, 2027-ci il üzrə 0,3% bəndi yaxşılaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları və ya 0,51 % artaraq 96,85 ABŞ dolları təşkil edib. Bu barədə BAK...