Dünya Bankı Azərbaycana kredit vermək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya Bankı Azərbaycana Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ildə 300-500 milyon ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiqlənmiş, müddəti bu il iyunun 30-da başa çatacaq 2021-ci maliyyə ilinədək uzadılmış Ölkə Tərəfdaşlıq Çərçivəsi (CPF) ilə tənzimlənir.
Belə ki, ilkin olaraq 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuş CPF 2020-ci ildə aparılan müvafiq araşdırmadan sonra bir il uzadıldı. Bununla yanaşı, öncül sahələr olaraq dövlət sektoru (idarəçilik və xidmətlər) və iqtisadi rəqabətcillik təsdiqləndi. İqtisadi rəqabətcillik insan kapitalına, infrastruktura, dayanıqlı təsisatlara yatırımlar vasitəsilə ölkənin nef-qaz sənayesindən asılılığını azaltmaq, kənar təsurlərə daha dayanıqlı hala gətirmək kimi strateji hədəflə həmahəngdir.
2015-ci ildən bu yana DB 1,2 milyard dollar həcmində beş yeni sərmayə layihəsinə vəsait ayırıb ki, bunlar arasında TANAP da var. Dünya Bankının Azərbaycanda 2020-2021-ci maliyyə illəri üçün fəaliyyət planı və kreditlər zərfi əvvəlki kimi saxlanıldı. Ötən ilin mart ayında məhkəmə xidmətlərinin inkişafı və ağıllı infrastruktur layihəsi üçün əlavə 50 milyon dollar, habelə məşğulluğa dəstək layihəsi üçün 100 milyon dollar məbləğində kredit ayrılıb.
Həmçinin ölkənin özəl sektorunda da infrastruktur, İKT, FinTech, sosial xidmətlər əsas götürülməklə aparılacaq araşdırmalar COVID-19-dan sonrakı bərpa təşəbbüslərinin hazırlanmasını dəstəkləyəcək.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...