Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda - FOTO

Azərbaycan Ticarət Evinin Dubayda yeni ünvanda fəaliyyətini davam etdirməsi yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına imkan verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda fəaliyyətini davam etdirəcək.
Ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına və satış imkanlarının daha da artmasına imkan verəcək.
300 kvadratmetrə yaxın sahəni əhatə edən ticarət evində Azərbaycan istehsalı olan meyvə, tərəvəz, ət, süd, quru qidalar və s. məhsullar satılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Ticarət Evinin fəaliyyəti və burada satılan məhsullarla tanış olub.
Qalereya
Oxşar xəbərlər
Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır?
Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT ekspe...