DSMF-nin gələn ilki büdcəsi I oxunuşda qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.
Qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.
DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...