Dövlət qurumları avtomobillərini ucuz qiymətə satışa çıxardı - SİYAHI

Dövlət qurumları avtomobillərini ucuz qiymətə satışa çıxardı - SİYAHI
Si̇yahı
İqtisadiyyat 26

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 4 avqust 2026-cı il saat 10:00-da keçiriləcək növbəti hərracda dövlət qurumlarının balansında olan bir sıra nəqliyyat vasitələrini satışa çıxaracaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hərracda müxtəlif dövlət qurumlarına məxsus minik avtomobilləri təklif olunacaq.

Satışa çıxarılan avtomobillər arasında "BMW", "Mercedes-Benz", "Nissan", "Toyota", "Volkswagen", "Chevrolet", "Chery" kimi markalar üstünlük təşkil edir.

Hərraca çıxarılan avtomobillərin start qiymətləri 2 min 100 manatdan başlayaraq 14 min manatadək dəyişir. Ən ucuz minik avtomobili "Chevrolet Niva" üçün 2 100 manat, ən yüksək qiymət isə "Mercedes-Benz" S320 modeli üçün 14 min manat müəyyən edilib. Bundan başqa, BMW markalı avtomobillər 2 500–5 250 manat, "Nissan Pathfinder" modelləri 5 500–6 000 manat, Toyota Camry isə 9 min manat start qiyməti ilə satışa çıxarılacaq.

Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan avtomobillərlə əvvəlcədən tanış ola, həmçinin hərracın keçirilməsinə ən azı 3 bank günü qalmış müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

Balanssaxlayıcı qurum Marka Buraxılış ili Start qiyməti (AZN)
1 Samux Rayon İcra Hakimiyyəti BMW 730Li 2006 2 500
2 "Azəridmanservis" MMC BMW 730Li 2006 4 250
3 Gənclər və İdman Nazirliyi BMW 730Li 2006 4 300
4 FHN Tibb Xidməti BMW 525i 2006 5 250
5 FHN Tibb Xidməti Nissan Pathfinder 2006 6 000
6 FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Nissan Pathfinder 2006 5 500
7 Neftçala Rayon Mərkəzi Xəstəxanası QAZ-322174-32 (təcili yardım) 2004 2 500
8 Daxili İşlər Nazirliyi BMW 520 (xüsusi təyinatlı) 2005 5 250
9 Oğuz Rayon İcra Hakimiyyəti Chevrolet Niva 212300 LC 2009 2 100
10 Prezidentin İşlər İdarəsi Mercedes-Benz S320 1998 14 000
11 Baş Prokurorluq Toyota Camry 2008 9 000
12 Baş Prokurorluq Volkswagen Passat 2009 7 000
13 Baş Prokurorluq Volkswagen Passat CC 2010 7 500
14 Aqrar Xidmətlər Agentliyi Chery Flagcloud 2007 2 500
15 Aqrar Xidmətlər Agentliyi Chevrolet Niva 212300 2006 3 000
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər