Dolların məzənnəsi 15 aylıq minimumu yeniləyib

Dolların məzənnəsi 15 aylıq minimumu yeniləyib
İqtisadiyyat 2794

ABŞ dollarının məzənnəsi 15 aylıq minimumu yeniləyib. "APA-Economics” "Reuters” agentliyinə istinadən xəbər verir ki, çərşənbə günü 2016-cı ilin may ayından etibarən dolların indeksi ən aşağı səviyyəyə - 92,39-a enib.

İyul ayında dolların indeksi təxminən 3% aşağı düşüb ki, bu da dolların məzənnəsinin 5 ay ardıcıl azalması deməkdir. Qeyd edək ki, bu, 2011-ci ildən bəri ən uzun müddətli azalma hesab olunur.

Yeri gəlmişkən, cari ilin ilk yeddi ayı ərzində dollar təxminən 9% ucuzlaşıb. Sonuncu dəfə 1985-ci ilin yanvar-iyul ayında dolların məzənnəsi bu qədər zəifləyib. Həmin dövrdə dollar 12,5% dəyər itirib.

Qeyd edək ki, ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olub. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dollar illik minimuma endi

Dollar illik minimuma endi

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı...

1390 İqtisadiyyat 11:03 27 iyul 2017

Son xəbərlər