Dollar illik minimuma endi

Dollar illik minimuma endi
İqtisadiyyat 1378

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı ilin iyun ayından etibarən minimum həddə enib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasında dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi 0,04% azalaraq 93,36 bəndədək zəifləyib. Sessiya ərzində dollar hətta 93,15 bəndədək geriləyib ki, bu da 2016-cı ilin iyun ayının 24-dən etibarən ən aşağı göstəricidir.

Avronun dollara qarşı məzənnəsi 1,1747 dollaradək bahalaşıb. Ötən sessiyanın sonunda 1 avro 1,1735 dollara ticarət olunub.

ABŞ valyutasının Yaponiya yeninə nisbətən məzənnəsi isə 111,06 yen səviyyəsinə qədər geriləyib. Halbuki ötən sessiyada 1 dollar 111,17 yen olub.

Xatırladaq ki, ötən gün başa çatan ikigünlük iclasın ardınca FED bəyan edib ki, uçot dərəcəsi 1-1,25% səviyyəsində saxlanılıb. Tənzimləyicinin yaydığı press-relizdə qeyd olunub ki, balansdakı aktivlərin azaldılması prosesinə "nisbətən tez" başlanacaq.

FED əlavə edib ki, ABŞ-ın əmək bazarı möhkəmlənməkdədir, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirir. İllik inflyasiya hələ də mərkəzi bankın hədəf göstəricisi olan 2%-dən aşağı olaraq qalır.

BAKU.WS

Oxşar xəbərlər

Qızıl 10 dollardan çox bahalaşdı

Qızıl 10 dollardan çox bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,29% - 21 206,29 bəndədək, S&P 500 0,37% - 2 439,07 bəndədək, NASDAQ isə 0,94% - 6 305,80 bəndədək bahalaşıb. BAKU.WS...

1584 İqtisadiyyat 11:16 03 iyun 2017

Son xəbərlər