Dollarda ardıcıl ucuzlaşma

Dollarda ardıcıl ucuzlaşma
İqtisadiyyat 1763

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1732-dən 1,1795-ə qədər artıb.  

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0483-dən 1,0480-ə qədər azalıb. Rusiya rublunun məzənnəsi isə ucuzlaşmada davam edir. Rubl 0,0160-dan 0,0158 AZN-ə yüksəlib. 

Qeyd edək ki, ardıcıl iki gündür dollar ucuzlaşmaqda, avro isə bahalaşmaq davam edir. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mərkəzi Bank bu günə olan rəsmi məzənnəni açıqladı

Mərkəzi Bank bu günə olan rəsmi məzənnəni açıqladı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən baha...

1114 İqtisadiyyat 09:54 28 sentyabr 2015

Son xəbərlər