Dolları olanlara pis xəbər: manat 30% bahalaşacaq

Dolları olanlara pis xəbər: manat 30% bahalaşacaq
İqtisadiyyat 3861

 

Valyuta bazarında kursun formalaşması əsasən gözləntilərdən asılıdır. Sirr deyil ki, neftin qiymətləri milli valyutanın kursuna ciddi təzyiq göstərir. İxracdan gələn gəlirlərin böyük əksəriyyətini neft və neft məhsullarından gələn pullar təşkil edir.

BAKU.WS "Sputnik”ə istinadən xəbər verir ki, Azərbaycan parlamentinin sabiq deputatı Nazim Məmmədov Manatın bahalaşmasının davam edəcəyini bildirir:

"Əgər neft 40 dollar səviyyəsində qalsa, milli valyutanın 30% möhkəmlənəcəyini demək olar. Belədə istənilən halda bu, ajiotaj fonunda baş verəcək.

İş ondadır ki, əhali öz maaşına valyuta alır və ümid edir ki, dollar yaxın vaxtlarda yenə qalxacaq. Və hazırda manatın qüvvətlənməsi fonunda yenə də eyni prosesi — əhalinin manatı kütləvi şəkildə banka satmasını gözləmək olar.

Dollara olan mövcud tələbatın ödənilməsi milli valyutanın möhkəmlənməsinə kömək edə bilər.

"Mən manatın möhkəmlənməsi ilə bağlı hazırda atılan addımları müsbət qiymətləndirirəm və adamlara məsləhət görürəm ki, xarici ticarət əməliyyatları ilə məşğul olmayaq, xaricə turist səfərlərinə getməyək və öz əmanətlərimizi dollarda saxlamayaq", — deyə Məmmədov bildirib.

Əgər Nazim Məmmədovun proqnozu özünü doğruldarsa, Dollar Manat qarşısında 1.20 səviyələrinə qədər düşməlidir.

MANAT 7%-DƏN ÇOX BAHALAŞIB

Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1.5238 səviyyəsinə düşüb. Martın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək çıxmışdı. Son 20 gündə Manat 7,5% bahalaşıb.

BAKU.WS

Son xəbərlər