Dollar Avro qarşısında dəyər itirir - EKSPERT RƏYİ

Dollar Avro qarşısında dəyər itirir - EKSPERT RƏYİ
İqtisadiyyat 346

Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir.

BAKU.WS xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.

Onun sözlərinə görə, Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir: "Hazırda avro dollar məzənnəsi 1.20 psixoloji həddə yaxınlaşıb. Dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpoziumundakı çıxışından sonra sürətlənməyə başlayıb.

Belə ki, FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyib. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir.

Qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir. Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər