Danimarka şirkətləri Azərbaycanda əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Danimarkanın dövlət qurumları və şirkətləri arasında işgüzar əməkdaşlıq imkanları müzakirə edilib.
BAKU.WS bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Müzakirələr Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen ilə AZPROMO-da keçirilən görüşdə aparılıb.
Agentliyin icraçı direktoru Yusif Abdullayev "vahid pəncərə" funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən "Made in Azerbaijan" brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Azərbaycanın bərpa olunan enerji sahəsinə investisiyaların artması, bu və qeyri-neft sektorunun digər sahələrində Danimarka şirkətləri ilə əməkdaşlıq imkanlarının mövcud olduğu qeyd olunub.
K. S. Andreasen təmsil etdiyi qurumun Azərbaycan şirkətlərinə təklif edə biləcəyi maliyyə həlləri və dövlət qurumları ilə əməkdaşlıq imkanları barəsində danışıb. O, Danimarkanın İxrac və İnvestisiya Fondunun sözügedən sahədə 100 ildən artıq təcrübəsinin olduğunu bildirib, qeyri-neft ticarəti, ərzaq və kənd təsərrüfatı sektorunda maşınqayırma sahəsi və bərpa olunan enerji, xüsusilə də külək enerjisi layihələrinin stimullaşdırılmasını və bu sahələrdəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...