COP29-un səkkizinci günü: Mavi Zonada tədbirlərə start verildi
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirlərinə start verilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hazırda "Mercy For Animals" mətbuat konfransı keçirir. Həmçinin, Fermerlərin gündəlik koordinasiya yığıncağı, İqlim dəyişikliyi üzrə beynəlxalq yerli xalqlar forumu, RINGO-nun gündəlik koordinasiya görüşləri, İnnovativ mühit və resursların idarə olunması üçün Aralıq dənizi Əməkdaşlığının müzakirələri, YOUNGO-nun iclası, ENGO-CAN təşkilatlarının gündəlik koordinasiya iclası, TUNGO Həmkarlar İttifaqı Qeyri-Hökumət Təşkilatlarının tədbiri keçirilir.
Oxşar xəbərlər
SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb. BAKU.WS SOCAR-a istinadən xəbər...