İcbari tibbi sığorta pulu maaşımızdan belə tutulacaq - Hesablama qaydası
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.
Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.
Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.
Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.
Oxşar xəbərlər
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci il aprelin 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılacaq. Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilələrlə işləyən vətəndaşlar həmin m...