BVF neftin qiyməti üzrə proqnozunu yüksəldib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Valyuta Fondu (BVF) bu il dünya bazarlarında neftin bir barelinin orta qiymətinin 41,69 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
BAKU.WS APA-ya sitinadən xəbər verir ki, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının oktyabr buraxılışında deyilir.
2021-ci il üçün neftin gözlənilən orta qiyməti 46,7 dollar təşkil edir. Gələcəkdə Fond neft fyuçerslərinin qiymətinin 48 dollara çatacağını güman edir.
Sözügedən proqnozlar BVF-nin aprel və iyunda verdiyi proqnozlardan yüksəkdir (2020-ci il üçün 36,18 dollar, 2021-ci il üçün isə 37,54 dollar).
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...