BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq

BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq
İqtisadiyyat 578
2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.Fondun proqnozlarına əsasən, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,1 faiz artacaq.Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında o da qeyd olunub ki, Azərbaycanın iqtisadi artım göstəriciləri MDB-nin (müvafiq olaraq 2,2 və 2,3 faiz artım) və MDB-dəki enerji ehtiyatları ixracatçılarının göstəricilərini (müvafiq olaraq 2,1 və 2,2 faiz artım) üstələyir.Hesabatda həmçinin bildirilir ki, bu ilin birinci yarısında qlobal iqtisadiyyat zəif artım nümayiş etdirəcək, ilin ikinci yarısında isə bir sıra təşəbbüslər sayəsində artım sürətlənəcək. Məsələn, ABŞ Federal Ehtiyatlar Sistemi artan qlobal risklərə cavab olaraq dolların baza uçot dərəcəsinin yüksəldilməsini dayandırıb ilin sonunadək dərəcəni artırmayacağı barədə xəbərdarlıq edib.2019-cu ildə qlobal iqtisadi artım 3,3 faiz, 2020-ci ildə 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.BAKU.WS

Oxşar xəbərlər

Pensiyalar bu qədər artacaq - Hesablama qaydası

Pensiyalar bu qədər artacaq - Hesablama qaydası

Dünən prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə t...

11532 Sosial 12:09 08 fevral 2019

Son xəbərlər