Büdcəyə artq ödəməlin geri qaytarılması və ya əvəzləşdirilməsi gələcəkdə risk faktoruna çevrilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-yun aylarında Naxçıvan Muxtar Respublikası büdcəsinə artıq ödəmələrin məbləği 35,9 milyon manat təşkil edib.
Bu barədə Hesablama Palatasının Naxçıvan büdcəsinin icrasına dair altı aylıq təhlilində qeyd olunub.
Bildirilib ki, artıq ödəmələrin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 % çoxdur.
Hesablama Palatası vurğulayıb ki, artıq ödəmələrin artması büdcə üçün müvəqqəti likvidlik üstünlüyü yaratsa da, həmin vəsaitlərin geri qaytarılması və ya növbəti öhdəliklərlə əvəzləşdirilməsi ehtimalı gələcəkdə risk faktoruna çevrilə bilər.
Hesabata görə, iyunun sonuna muxtar respublikanın vahid xəzinə hesabının qalığı 13,9 milyon manat təşkil edib.
Bu, ötən ilin sonu ilə müqayisədə 5,4 milyon manat və ya 63,4 % çoxdur.
Palata qeyd edib ki, bu məbləğin rayon və şəhər büdcələrinin qalıqlarında saxlanılması səbəbindən hesabatlılıqda tam şəkildə əks olunmaması müəyyən uyğunsuzluq yaradır. Həmçinin vurğulanıb ki, "Büdcə sistemi haqqında" qanunda Naxçıvan üzrə xəzinə hesabı qalığından növbəti ilin xərclərinin maliyyələşdirilməsi və ya digər istiqamətlərə yönəldilməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...