Bu ölkə Azərbaycandan neft alışını kəskin artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Portuqaliyaya 631milyon 169 min ABŞ dolları dəyərində 1 milyon 5 min 213 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 388 milyon 526 min ABŞ dolları (2,6 dəfə), həcm ifadəsində isə 638 min 507 ton (2,7 dəfə) çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə 13 milyard 304 milyon 395 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard 795 milyon 547 min ABŞ dolları (11,9%), həcm baxımından isə 2 milyon 643 min 674 ton (10,9%) azdır.
Oxşar xəbərlər
Azərbaycanda kişilərin ortalama maaşı qadınlardan yüksəkdir
Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasında keçirilən sorğunun nəticələrinə əsasən bildirilib ki, kişilərin maaş ortalaması qadınların maaş...