Bu məhsullar üçün idxal gömrük rüsumu ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu ləğv edilib.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarda dəyişiklik edilib.
Ölkəyə idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin reaktiv mühərriklər üçün digər yanacağın aksiz dərəcəsi 2022-ci ilin sonunadək hər tonuna görə 1 manat təsbit edilib.
Bu qərarlar 2022-ci il 31 dekabr tarixinədək qüvvədədir.
Oxşar xəbərlər
Nazirlər Kabineti bu yanacaqla bağlı qərar verdi - gömrük rüsumundan azad edildi
Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin “...