Nazirlər Kabinetindən yanacaqla bağlı YENİ QƏRAR
14
apr
2019
09:22
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, dəyişiklik reaktiv mühərriklər üçün “TC-1” markalı yanacağın, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 15 faiz idxal gömrük rüsumundan azad edilməsi ilə bağlıdır.Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılıb.“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edilib. Qərar ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunmasını nəzərdə tutulur.Bu qərar da 30 gün sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.Qərara əsasən reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılıb.Xatırladaq ki, bundan əvvəl 31 yanvar 2018-ci il tarixədək Azərbaycana gətirilən “TC-1” markalı təyyarə yanacağı, “KO-20” və “KT-2” markalı kerosin gömrük rüsumundan azad olub, bu məhsulların 1 tonuna 1 manat aksiz vergisi tətbiq edilib.BAKU.WS
Oxşar xəbərlər
Kartof idxalına gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir dollar
Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəa...