Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?

Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?
İqtisadiyyat 14

Bu ilin yanvar-aprel ayları ərzində 115.613 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki Qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 %) ilkin, 94.029-u (81,3 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-aprel ayları ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər