Bu il neft bazarında artım olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci il neft bazarında dirçəlmə və artımla əlamətdar olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo videokonfransda söylədiyi nitq zamanı bildirib.
Belə ki, OPEC-in proqnozuna görə, dünyada neftə gündəlik tələbat ötən il 9,8 milyon barel azaldıqdan sonra cari ildə 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacaq. Baş katibin fikrincə, 2020-ci ildə 4,1 faiz geriləyən dünya ÜDM-inin bu il 4,4 faiz artması dünya iqtisadiyyatı üçün böyük təkandır.
OPEC rəhbəri dünya neft sənayesinin hazırda 12,6 trilyon ABŞ dolları məbləğində sərmayə yatırımlarına ehtiyacı var. Belə ki, 2020-ci ildə koronavirus pandemiyası üzündən tələbatın və qiymətlərin azalması nəticəsində sərmayə həcmi 30 faiz azalıb.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatını azaldacaq
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən m...