Bu enerji nəhəngi "Qazprom"la əməkdaşlığa son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın, eləcə də dünyanın nəhəng enerji şirkəti "Shell" Rusiyanın Ukraynaya olan hücumuna görə "Qazprom" şirkəti ilə əməkdaşlığına son qoyur.
BAKU.WS CNBC-yə istinadən xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Ben van Burden açıqlama verib.
"Ukraynada Avropanın təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz nəticəsində baş verən insan itkilərindən şokdayıq", - deyə baş direktor vurğulayıb.
"Shell" Rusiyanın Saxalin adasında yerləşən neft-qaz layihəsi - "Saxalin II"də 27,5%, "Salym Petroleum Development N.V"də isə 50% payını satdığı bildirilir.
Şirkətin 2021-ci ilin sonuna olan hesabatına görə, "Qazprom"dakı "dövrü olmayan aktivləri" 3 mlrd. dollar təşkil edib.
Oxşar xəbərlər
Ölkə başçısından Azərbaycan Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844...