BP TANAP-dakı payının 25 faizlik qeyri-nəzarət paketini satır

bp Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) 12 faizlik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın 25 faizlik qeyri-nəzarət paketini "Apollo"ya satır.
BAKU.WS xəbər verir ki, bu barədə bp məlumat yayıb.
Sövdələşmənin dəyəri bir milyard dollar məbləğində qiymətləndirilir.
"Apollo" tərəfindən idarə olunan fondlar bp-nin Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya göndərildiyi TANAP qaz kəmərində 12 faiz paya sahib törəmə şirkəti olan "BP Pipelines"da qeyri-nəzarət səhmlər paketinin 25 faizini əldə edəcəklər. Bu sövdələşmədən əldə edilən gəlirlər bp-nin 20 milyard dollar həcmindəki aktivlərin xaric edilməsi proqramının maliyyələşdirilməsinə və digər gəlirlərə yönəldiləcək", - məlumatda deyilir.
Bildirilir ki, sövdələşmə Britaniya şirkətinə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, tamamlandıqdan sonra "BP Pipelines (TANAP) Ltd"nin nəzarət edən səhmdarı olaraq qalacaq. Sövdələşmənin tənzimləyici orqanların və TANAP səhmdarlarının təsdiqi şərti ilə 2025-ci ilin ikinci rübündə bağlanması gözlənilir.
Xatırladaq ki, Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə tədarükü 2018-ci ildə başlayıb. 1 805 kilometr uzunluğunda olan TANAP "Şahdəniz-2" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Danimarka şirkətləri Azərbaycanda əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər
Azərbaycan və Danimarkanın dövlət qurumları və şirkətləri arasında işgüzar əməkdaşlıq imkanları müzakirə edilib. BAKU.WS bu barədə İxracın və İnvestisiyaların T...
