“Bitkoin”in dəyəri 58 min dolları ötdü
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti 58 min 808 ABŞ dolları olub.
Bu barədə “Coindesk” platformasının məlumatında deyilir.
Belə ki, Bitkoinin ümumi dəyəri 4,37% artıb.
Qeyd edək ki, “Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur.
Oxşar xəbərlər
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 % artıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib. BAKU.WS Döv...