Bitcoin 200 min dollara qədər BAHALAŞACAQ
Bitkoin tarixi rekora imza ataraq 100 min dollar həddini keçib.
BAKU.WS-in məlumatına görə, bunu "Binance" platformasının ticarət məlumatları göstərib,
Ekspertlər hesab edir ki, kriptovalyuta dəyərini artıracaq və bu məbləğ fantastik rəqəmləri əhatə edəcək.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov bildirib ki, hazırda 100 min dolları keçən "Bitcoin"in 200 000 dollar qədər yüksəlməsi mümkündür:
"Çünki, idarə edilən bazar tələbi bu köpüyün durmadan şişməsini təmini edir. 200 000 (maksimum 250 000) minlik həddən sonra tələbin azalması baş verə bilər. Bu isə yenidən qiymətlərin enməsinə səbəb ola bilər.
Lakin tələbin bu gün məharətlə idarə edildiyi kimi 200 000 minlik həddən sonra da yüksək saxlanılması üçün birja və ya kripto platforması "Bitcoin"in müəyyən bir hissəsini təmsil edən kiçik paylar (tokenlər və ya derivativlər kimi) yarada bilər.
Nəzərə alaq ki, divarları nisbətən qalın olan sabun köpüyünü də ortasından basaraq xırda köpüklərə parçalamaq olur".
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 75 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,49 % artaraq 75,37 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...