Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI

Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI
İqtisadiyyat 6228

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.

BAKU.WS-in xəbərinə görə, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:-Rusiyada 1,0 manat;-Ukraynada 1,72 manat;-Belarusda 1,14 manat;-Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;-Türkiyədə 1,44 manat;-Rusiyada 1,12 manat;-Ukraynada 1,72 manat;-Belarusda 1,21 manat;-Ermənistanda 1,19 manat;-Gürcüstanda 1,15 manat səviyyəsindədir;-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər