Banklar kredit faizlərini aşağı salır - VİDEO
29
may
2018
09:29
Son zamanlar banklar istehlak kreditlərinə olan faiz dərəcələrini aşağı salıb. Son 6 ayla müqayisədə bu rəqəm təxminən 9 faizə qədər fərq edir. Həmçinin əmanətlərin yerləşdirilməsində də faizlər azaldılıb. Ekspertlər bunu stabil iqtisadiyyatla əlaqələndirirlər və getdikcə faizlərin daha da aşağı düşəcəyi qənaətindədirlər.Artıq bir neçə aydır bankların kredit faizlərini aşağı salmaları müşahidə olunur. Banklarda kredit faizlərinin enməsi ilə yanaşı, yerləşdirilən əmanətlərə görə ödənən gəlirin faizləri də aşağı salınıb.Ekspertlərin fikrincə, bir neçə ay əvvəl mövcud bazar üçün yüksək sayılan istehlak kreditlərinin faizi indi nəzərəçarpacaq dərəcədə dəyişib.İqtisadçı ekspert Cəfər İbrahimlinin sözlərinə görə, faizləri hazırkı vəziyyətlə müqayisə etdikdə yenə rəqəmlər yüksəkdir və faizlərin daha da endirilməsinə ehtiyac var.İstehlak kreditləri ilə yanaşı, banklara yerləşdirilən əmanətlərin də faizləri aşağı salınıb. Əvvəllər banklar yüksək faizlərlə depozit qəbul edirdilərsə, indi əksər banklarda milli valyutada əmanət qəbulu 8-11 faizə düşüb.Ekspertlərin fikrincə, əmanətlərin faizlərinin aşağı salınması depozit qoyulmasına olan marağı azaldacaq.BAKU.WS
Oxşar xəbərlər
Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR - kəskin ucuzlaşacaq
"Mərkəzi Bank uçot stavkasını 15 faizdən 13 faizədək endirib. Güman olunur, uçot stavkasının azaldılmasl depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq. Bu...