Bankdan dollar krediti ilə bağlı jest: 25 % güzəşt
VTB (Azərbaycan) kreditlərin restrukturizasiya proqramı üzrə işini bərpa edib. Maliyyə bazarlarına nəzarət Palatası tərəfindən müvəqqəti dayandırılmış "Müştəriyə dəstək” proqramı yenilənmiş versiyada müştərilərə təqdim olunur. Proqramda Palatanın ölkədə maliyyə sabitliyinin və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.
Bankdan BAKU.WS-ə verilən məlumata görə, "Müştəriyə dəstək” güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə "Avtokredit” və "Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, "Nağd kredit” məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər.
Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50%-ə qədər, manat və rublda kreditləri olanlar üçün 30%-dək azaldılması təklif edilir.
Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25% azaltmağa hazırdır.
BAKU.WS
Oxşar xəbərlər
Dollarla krediti kim ala bilər?
Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi. Bununla da Palata xarici valyutad...