Bankda olan torpaq sahələri təcili satışa çıxarıldı - QİYMƏTLƏR

Bankda olan torpaq sahələri təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Si̇yahı
İqtisadiyyat 108

Azərbaycan Mərkəzi Bankının balansında olan bir sıra daşınmaz əmlaklar – torpaq sahələri açıq hərraca çıxarılacaq.

BAKU.WS-in məlumatına görə, hərrac 25 fevralda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

Satışa çıxarılan torpaq sahələri Oğuz rayonunun Muxas kəndində, Neftçala rayonunun Astanlı, Aşağı Surra və Yeniqışlaq kəndlərində, eləcə də Xaçmaz rayonunun Aşağıoba və Aslanoba kəndlərində yerləşir. Torpaq sahələrinin ölçüsü 0,7 hektardan 62,6 hektaradək dəyişir.

Hərraca çıxarılan əmlakların başlanğıc qiymətləri 106 min 640 manatdan 2 milyon 688 min 237 manatadək müəyyən edilib. İştirakçılar hər bir lot üzrə start qiymətinin 5 faizi həcmində beh ödəməlidirlər.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər müvafiq sənədləri və beh ödənişini təsdiqləyən qəbzi hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etməlidirlər.

Daşınmaz əmlakın növü Ünvan Sahəsi (ha) Start qiyməti (manat) 5% beh (manat)
Torpaq sahəsi Oğuz r., Muxas k. 1,00 146 762,68 7 338,13
Torpaq sahəsi Oğuz r., Muxas k. 18,3169 2 688 237,32 134 411,86
Torpaq sahəsi Neftçala r., Astanlı k. 56,00 481 600 24 080
Torpaq sahəsi Neftçala r., Aşağı Surra k. 50,00 430 000 21 500
Torpaq sahəsi Neftçala r., Yeniqışlaq k. 12,40 106 640 5 332
Torpaq sahəsi Neftçala r., Yeniqışlaq k. 50,00 430 000 21 500
Torpaq sahəsi Neftçala r., Yeniqışlaq k. 62,60 538 360 26 918
Torpaq sahəsi Xaçmaz r., Aşağıoba k. 0,70 273 000 13 650
Torpaq sahəsi Xaçmaz r., Aşağıoba k. 1,40 546 000 27 300
Torpaq sahəsi Xaçmaz r., Aslanoba k. 2,368 923 520 46 176

Son xəbərlər