Bank hesabını onlayn açmaq mümkün olacaq

16
may
2019
22:48
Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.
Oxşar xəbərlər
Bank of Baku indiyədək 18.290 müştərinin kompensasiyasını ödəyib!
Müştərilərinə yaxın olan bank - Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmana əsasən, 22 aprel tarixindən etibarən st...
