Bakıda yeni avtobus parkı salınacaq - 13 milyonluq LAYİHƏ

Bakıda yeni avtobus parkı salınacaq - 13 milyonluq LAYİHƏ
İqtisadiyyat 586

Paytaxtda ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır. Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Buzovna qəsəbəsində yeni avtobus parkının tikintisinə start verilir.

BAKU.WS xəbər verir ki, Albalılıq adlı ərazidə inşa ediləcək bu nəqliyyat mərkəzi "BakuBus" MMC tərəfindən həyata keçiriləcək layihələrdən biridir.

Şirkət artıq tikinti ilə bağlı texniki və inzibati işləri tamamlayaraq, icraçı qurumla rəsmi müqavilə bağlayıb.

Tikinti işləri "Bakıyaşayıştikinti" şirkətinə həvalə olunub. Layihənin ümumi dəyəri isə 12 milyon 922 min 360 manat təşkil edir.

Yeni avtobus parkı, şəhər daxilində sərnişindaşıma xidmətlərinin daha effektiv və müasir şəkildə təşkili məqsədilə nəzərdə tutulur.

Son xəbərlər