Bakıda kirayə evlər bahalaşdı

Bakıda kirayə evlər bahalaşdı
İqtisadiyyat 761
Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.BAKU.WS xəbər verir ki, bu barədə konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var.Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.Belə ki, N.İbrahimov qeyd edib ki, metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib.Ekspertin sözlərinə görə, həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib.Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb.

Oxşar xəbərlər

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb."MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak s...

806 İqtisadiyyat 08:24 05 iyul 2019

Son xəbərlər