Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 8 % artıb
10
avq
2024
22:38
Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin dəyəri 708,1 milyon manat təşkil edib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Hesabat dövründə ictimai iaşə dövriyyəsi 422,9 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 % artaraq 1 milyard 3 milyon manat olub.
Oxşar xəbərlər
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 % artıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib. BAKU.WS Döv...