Bakıda "COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu keçirilir
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu öz işinə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, beş gün davam edəcək forum çərçivəsində "İkinci həyat - dizaynerlərin gözü ilə" adlı tulantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Forumun açılış mərasimində AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müvaini Rauf Hacıyev, COP29 təşkilat komitəsinin üzvlü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həm-rəhbəri Jalə İbrahimova rəsmi qonaq qismində iştirak edib.
Rektor G.Məmmədova bildirib ki, bu forum Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verə biləcək.
O qeyd edib ki, tədbir universitetin tələbələrinin təşəbbüsü ilə keçirilir: "COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ölkəmizdə ən yüksək səviyyədə keçiriləcək. Bu gün keçirilən forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar".
Forumun ilk günündə "Müasir şəhərsalmada dayanıqlılıq amilləri", "Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi" və "Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri" mövzuları ətrafında panel müzakirələri təşkil olunacaq.
İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində DİM-lərə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək.
Forumun üç və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Son gündə isə forumun bağlanışı mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Qalereya
Oxşar xəbərlər
Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 16-da keçiril...