Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) başlayıb.
BAKU.WS xəbər verir ki, tədbir "Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi" mövzusuna həsr olunub.
Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edirlər.
Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.
Konfrans oktyabrın 11-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...