Bakı və Nyu-Delhi ticarət, turizm, əczaçılıq və terrorizmə qarşı mübarizəni müzakirə edib

Bakı və Nyu-Delhi ticarət, turizm, əczaçılıq və terrorizmə qarşı mübarizəni müzakirə edib
İqtisadiyyat 17

Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysval paylaşım edib.

Bu məsələ aprelin 3-də Hindistan XİN-in Qərb Departamentinin katibi Sibi Corcun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə müzakirə edilib.

Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.

"Tərəflər (məsləhətləşmələr çərçivəsində - red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib", - R.Caysval yazıb.

Son xəbərlər