Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin əhəmiyyətini artıran əsas nəqliyyat layihələrindən biri olacaq.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, nazir "İmedi" telekanalına müsahibəsində qeyd edib ki, həm Azərbaycan, həm də Gürcüstan layihənin qısa müddətdə tam istifadəyə verilməsində maraqlı olub.
Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri zamanı layihənin tam istismara verilməsi ilə bağlı protokol imzalanıb.
Kvrivişvili vurğulayıb ki, yaxın günlərdə dəmir yolu xəttinin rəsmi açılışı baş tutacaq və bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...