Bakı metrosuna Avropa ölkələrindən qatarlar alınacaq? - RƏSMİ CAVAB

Bakı metrosuna Avropa ölkələrindən qatarlar alınacaq? - RƏSMİ CAVAB
Foto Açıqlama
İqtisadiyyat 39

"Beynəlxalq konvensiyalar və iki ölkə arasında bağlanmış müqavilələr yeni alınacaq 65 vaqonun maliyyə sirrini qorumağı tələb edir. İstənilən halda siz aidiyyəti üzrə, istehsalçı şirkətə də müraciət edə bilərsiz".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O əlavə edib ki, "Bakı Metropoliteni" QSC bu məsələlərdə göstəriş vermək səlahiyyətində deyil, amma həmin rəqəmləri açıqlamamaq qurumun müqavilə öhdəliyidir: "Vaqonlar hamısı Rusiyadan alınıb. Amma onun daxili hissələrinin əksəriyyəti Avropa və dünyanın aparıcı istehsalçı ölkələrindən əldə edilir.

"Bakı Metropoliteni" üçün ən vacib olan məsələ qatarların keyfiyyəti, onların istismarı, uzunömrlülüyü, sərnişin rahatlığı və təhlükəsizliyidir. Bu səbəbdən hər il "Bakı Metropoliten"i dünyada olan bütün istehsalçıları və xüsusilə ehtiyat hissələri istehsalçıları arasında araşdırma aparır. Dünyanın ən qabaqcıl istehsalçılarının ən keyfiyyətli və yüksək standartlı avadanlıqları alınaraq qatarlara quraşdırılır".

Bəxtiyar Məmmədov Bakı metrosu üçün Avropadan qatarların alınması məsələsinə toxunub və qeyd edib ki, vaqonlar uzun müddət istifadə olunacağından, yəni istismarda uzun müddət qalacağından veriləcək zəmanət önəmlidir:

"Ehtiyat hissələri müntəzəm olaraq istehsal olunmalı, sistemlər daimi olaraq yenilənməlidir. Yəni, vaqon otuz il ərzində istismarda olacağından, əsas vəzifələrimizdən biri bunu təmin etməkdir. Bu gün qatarı ala bilərik, amma bir neçə müddətdən sonra həmin qatarın vaqonunun seriyasının istehsalı dayansa , ehtiyat hissələri ilə bağlı çox çətinliklər yaşaya bilərik. Bu, həlledici məqamdır.

Fərz edək ki, biz qatarı bir neçə milyona alırıq. Amma o qatarın həmin seriyası istehsaldan çıxarılarsa, həmin ehtiyat hissəsini elə o qiymətə almaq məcburiyyətində qalacağıq. Çünki istehsalı xüsusi olaraq təşkil ediləcək".

Orxan Hüseyn

Son xəbərlər