Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR UCUZLAŞIB
29
yan
2019
22:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:"Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır".BAKU.WS
Oxşar xəbərlər
Bakıda torpağın qiyməti ucuzlaşır
2018-ci ilin sentyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.Onun...