Bakıda məşhur restoranın əmlakı borca görə siyahıya alındı

Bakıda məşhur restoranın əmlakı borca görə siyahıya alındı
İqtisadiyyat 3094

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən BAKU.WS-ə verilən məlumata görə,  Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2403 ünvanda yerləşən "Emin-N” MMC-yə məxsus "Golden ring” şadlıq sarayının fəaliyyəti araşdırılarkən, onun 92 min 991 manat vergi borcunun olduğu müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 38900 manat məbləğində mebel və məişət avadanlıqları müvafiq qaydada siyahıya alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 5A ünvanda yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus "Xoşbəxtlik” şadlıq evinin də 58344 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 24250 manat dəyərində mebel və məişət avadanlıqları siyahıya alınıb.

Azər Məmmədov

BAKU.WS

Son xəbərlər