Bakıda ilk dəfə “Influencer Day ” tədbiri keçiriləcək
21
sen
2017
13:45
2017-ci il sentyabrın 30-u tarixində Dreamland Baku Golf Villas& Residences-də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçiriləcək.Influencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar.Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “Influencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar.Bu qonaqlara top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.
Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması, Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.Tədbir Dreamland Baku Golf Villas& Residences - də yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.Tədbirin təşkilatçısı Keepface DMCC şirkətidir. Dreamland Baku Golf Villas & Residences şirkəti tədbirin baş sponsoru və Bakcell şirkəti tədbirin rəsmi telekom tərəfdaşıdır. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir.BAKU.WS
Oxşar xəbərlər
"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb
"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb.BAKU.WS-in məlumatına görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, o...