Bakıda avtomobillər bahalaşıb

Bakıda avtomobillər bahalaşıb
İqtisadiyyat 1258
Bakıda oktyabr ayında kiçik həcmli mühərrikli avtomobillərin qiymətində bahalaşma qeydə alınıb. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.N.İbrahimovun sözlərinə görə, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərin orta qiyməti 17,483 manat təşkil edib və əvvəlki ayla müqayisədə qiymətlərdə 14,25 faiz artım müşahidə olunub.O qeyd edib ki, mühərrik həcmi 2-3 litr olan avtomobillərin isə orta qiyməti 33,758 manat olub və bu seqmentdə olan avtomobillər 14,27 faiz bahalaşıb.Ekspert bildirib ki, kiçik mühərrik həcmli avtomobillərin qiymət artımına səbəb bu avtomobillərə tələbatın daha çox olması ilə bağlıdır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bahalı avtomobillər ucuzlaşıb

Bakıda bahalı avtomobillər ucuzlaşıb

2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, eks...

1802 Sosial 20:27 31 oktyabr 2018

Son xəbərlər