Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarılıb – FOTO

Bakıda şadlıq evi 12 milyon manata satışa çıxarılıb – FOTO
İqtisadiyyat 10312

 

Azərbaycanda 12 milyon manat dəyərində şadlıq evi satışa çıxarılıb. Son vaxtlar şadlıq evlərinin satışa çıxarılması, sənət adamları arasında toyların olmaması ilə bağlı söhbətlər gəzir.

BAKU.WS xəbər verir ki, əmlak üzrə ekspert Ramil Osmanlı AzNews.az-a açıqlamasında bildirib ki, xərclərin azaldılması kömək etmədikdə, ən yekun variant həmin əmlakın satışa çıxarılmasıdır:

"Əmlak gəlir gətirmirsə, onun uzun müddət saxlanılması bir tərəfdən həmin əmlakın dəyərinə mənfi təsir göstərir, digər tərəfdən isə sahibkara əlavə xərclər yaradır. 

Məsələn, şadlıq evinin ilk vaxtlar dəyəri 5 milyon manatdırsa, artıq işləmədiyi vaxtlarda onun dəyəri 30-40% azalır. Digər tərəfdən sahibkar orada müəyyən işçi qüvvəsi saxlayır, kommunal xərclər ödəyir. Bu da sahibkara əlavə yükdür. 

Optimallaşdırmada yeganə çıxış yolu işləməyən obyektin realizə olunması, yəni satışa çıxarılmasıdır. Bu da təbii prosesdir”.

R.Osmanlı şadlıq evinə 12 milyon manat məbləğində dəyər qoyulmasına da münasibət bildirib:

"Həmin əmlaka tikilən zaman müəyyən xərc çəkilib. Sahibkar heç bir halda onu çəkdiyi xərcdən aşağı qiymətə satmayacaq. 

Hətta ilkin mərhələdə 15% xərclərin üstünə gəlinir və bundan sonra obyekt bazara çıxarılır. Ola bilər ki, bu obyekt 20 milyona satışa çıxarılıb. 

Qiymət o vaxt real dəyər hesab olunur ki, alıcı ilə razılaşdırılsın. 12 milyon isə hələlik onun təklif qiymətidir. Təklif olunan dəyər heç bir vaxt real dəyər anlayışı daşımır”.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ən bahalı ev neçəyədir? - QİYMƏT

Bakıda ən bahalı ev neçəyədir? - QİYMƏT

Bakıda qeydə alınan ən bahalı yaşayış evinin qiyməti 3.3 milyon manatdır. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş di...

2874 Sosial 22:36 28 mart 2017

Son xəbərlər